putinn

Rusiya Prezidenti Vladimir Putinin reytinqi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın İctimai Rəy Fondunun (FOM) rəsmi saytında dərc olunub.

Sorğunun nəticələrinə görə, Rusiya vətəndaşlarının 79 faizi Vladimir Putinin prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin 8 faizi prezidentin fəaliyyətinə mənfi yanaşdığını bildirib, 13 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

Bundan əlavə, sorğuda iştirak edənlərin 78 faizi Putinə güvəndiyini, 11 faizi isə etibar etmədiyini qeyd edib. Eyni nisbətdə insan bu suala cavab verməkdə çətinlik çəkib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: