Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi…

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi...

Sumqayıtda 6 aylıq körpənin ölümü ilə bağlı açıqlama verilib.

Globalinfo.az-ın xəbərinə görə, Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki,”01.08.2025-ci il tarixində saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci təvəllüdlü körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpənin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.08.2025-ci il tarixində saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.”

***11:12

Sumqayıtda dəhşətli hadisə yaşanıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində yerləşən Uşaq xəstəxanasında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 6 aylıq körə Alparslan Elməddin oğlu Cəfərli infarktdan ölüb.

Faktla bağlı araşdırma aparılır.