ABŞ Prezidenti Donald Tramp Çinə səfər etmək üçün dəvət aldığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb.
“Bəzi media orqanları Çin prezidenti Si Cinpinlə görüşə can atdığım barədə xəbərlər yayıb. Bu doğru deyil, mən heç nə axtarmıram. Çinə ancaq dəvətnamə ilə gedə bilərəm”, – deyə Ağ Ev rəhbəri bildirib.
İyulun əvvəlində bildirildi ki, Tramp administrasiyası Çinə mümkün səfərlə bağlı danışıqlar aparır. Jurnalistlərin fikrincə, ABŞ liderinin Pekinə səfəri 2025-ci ilin oktyabrında Malayziyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər .
Əliyar Xəlil
Globalinfo.az