Overçuk Azərbaycanla bağlı suala belə cavab verdi – VİDEO

Overçuk Azərbaycanla bağlı suala belə cavab verdi - VİDEO

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərlə söhbəti zamanı yaxın vaxtlarda Azərbaycana səfər edib-etməyəcəyi barədə sualı cavablandırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Overçuk “Yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?” sualına belə cavab verib:

“Yaxın vaxtlarda hələ ki, Azərbaycana dəvət yoxdur”.

Xatırladaq ki, iyun ayında Yekaterinburqda azərbaycanlıların qəddarlıqla qətlə yetirilməsindən sonra Aleksey Overçukun ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunmuşdu.