Şimali Qafqaz-Cənubi Qafqaz tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Saquramo” hissəsində (DN 1000) bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Göstərilən müddətdə daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmlər hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək”, – məlumatda deyilib.