Vyetnamda qəzaya uğrayan gəminin göyərtəsindəki sərnişinlər arasında ruslar olmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Turoperatorlar Assosiasiyasına (ATOR) istinadən məlumat yayıb.
İlkin məlumatlara görə, 28 nəfərin ölümü ilə nəticələnən faciə qurbanları arasında rusiyalı turist yoxdur.
Qeyd edək ki, Vyetnamda pis hava şəraiti ilə bağlı gəmi qəzaya uğrayıb. Hadisə Cənubi Çin dənizinin bir hissəsi olan Halonq körfəzində baş verib. Təyyarənin göyərtəsində 48 turist və 5 ekipaj üzvü, ümumilikdə 53 nəfər olub. Hadisəyə səbəb kimi güclü küləklə birlikdə ildırım çaxması göstərilib.
Əliyar Xəlil