Dünyaca məşhur musiqi qrupu “ColdPlay”in konsertində xəyanəti təsadüfən kameralara yaxalanan və bütün dünyada müzakirələrə səbəb olan məşhur şirkətin rəhbəri ilə bağlı yeni məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, ABŞ-ın məşhur İT şirkəti “Astronomer”in Baş direktoru Endi Bayronun işinin müvəqqəti olaraq dayandırıldığı açıqlanıb.
Məlumata görə, buna səbəb sözügedən məsələnin internetdə sürətlə yayılması və Bayronun nüfuzunun zədələnməsidir.
Qeyd edək ki, baş direktorun konsertdə qucaqladığı görüntülənən şəxs də həmin şirkətin əməkdaşıdır. Məlumata görə, hər iki tərəf evlidir, Endi Bayronun övladları var.
Əliyar Xəlil
Globalinfo.az














