ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, “Reuters” yerli telekanallara istinadən məlumat yayıb.
Bundan əvvəl Pakistan hökuməti Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərib. Bu qərar Ağ Ev rəhbərinin son Hindistan-Pakistan münaqişəsi zamanı diplomatik müdaxiləsi üçün verilib.
Əliyar Xəlil
Globalinfo.az