Suriya hakimiyyəti xarici qüvvənin druz azlığının işlərinə cəlb olunmasına imkan verməyəcək və Suriya xalqı müharibədən qorxmur.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şaraa deyib.
O, druz vətəndaşlarının və onların hüquqlarının müdafiəsi Suriyanın prioriteti adlandırıb. Suriya lideri həmçinin əlavə edib ki, Suriya müharibədən qorxanlardan deyil:
“Suriya xalqı müharibədən qorxmur və ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”.
Qeyd edək ki, İsrail druzların müdafiəsi adı altında Suriyaya zərbələr endirir.