ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin şiddətlənəcəyi təqdirdə nə qədər irəli getməyə hazır olduğu haqda sualı cavablandırıb.
Globalinfo.az xəbər verir ki, Tramp siyasətinin tənzimləmə üzərində qurulduğunu deyib.
“Mən Putinlə tez-tez danışıram, söhbətlərimiz həmişə xoş keçir. Müharibənin necə dayandırılması ilə bağlı fikir mübadiləsi aparırıq. Telefonu qapadıram, çox gözəl söhbət etdiyimizi düşünürəm. Elə bu zaman yenidən Kiyevə raketlər uçur. Ona görə də, söhbətlərin əhəmiyyəti yoxdur. Mən onun qatil olduğunu söyləmək istəmirəm, amma çox sərt insandır. O, Buş və Obamanı aldatdı, amma məni aldada bilməyəcək”, – Tramp vurğulayıb.
Əliyar Xəlil