yangin

Türkiyənin paytaxtı Ankarada çoxmərtəbəli binada yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, ilkin məlumatlara görə, biri körpə olmaqla 3 nəfər həlak olub, 27 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Yanğın gecə saatlarında Çankaya rayonu Yaşamkent məhəlləsində 26 mərtəbəli binada baş verib. Dördüncü mərtəbədən başlayan alov sürətlə ətrafa yayılıb. Xəbərdən sonra hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis, tibb işçisi göndərilib. 4 saatlıq işdən sonra yanğın nəzarətə götürülüb”, – deyə əlavə edilib.

Əliyar Xəlil
Globalinfo.az

1 5 2 3 3 3 4 3

Paylaş: