Cahangir Əsgərovla bağlı hamının gözlədiyi xəbər – VİDEO

***12:38

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmaqdadır. 

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prossesi gedir.

İddia edilir ki, hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın imzalanacağı gözlənilir.

Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etdik. Qurumun sözçüsü bu barədə məlumatının olmadığını bildirdi və rəsmi sorğu göndərməyimizi istədi.

Qeyd edək ki, C.Əsgərovla bağlı ictimai qınaq və qəzəb həddən artıq çoxdur. Hər kəs onu aviabiletlərin qiymətini kəskin bahalaşdıran əsas suç sahibi kimi görür. Ona görə də AZAL prezidentinin işdən çıxarılması ictimai rəydə müsbət qarşılanar. İşdən çıxarıldıqdan sonra C.Əsgərovun fəaliyyətinin yoxlanacağı istisna edilmir. Bu zaman ciddi maliyyə pozuntularının ortaya çıxacağı gözlənilir.

AZAL ən çox korrupsiyaya uğramış şirkət kimi tanınır. Qurumun fəaliyyəti haqda indiyədək bir çox hesabatlar hazırlanaraq ictimailəşdirilib. Ölkənin tanınan iqtisaçdı ekspertləri Cahagir Əsgərov və AZAL barədə səs-küylü məqalələr, hesabatlar hazırlayıblar. Təəssüf ki, bu qədər detallı araşdırmalara baxmayaraq, AZAL-dakı proseslər barədə ciddi tədbir görülmür. Ola bilsin ki, artıq düyməyə basılıb. İndiyədək zərərsizləşdirilmiş korrupsionerlər kimi, C.Əsgərov barədə də tədbirlər görüləcək.