IMG 20250703 WA0120

BMT Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında baş tutan son telefon danışığını müsbət qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama verib.

“Biz liderlər arasında yüksək səviyyəli danışıqları alqışlayırıq”, – deyə Düjarrik bildirib.

Xatırladaq ki, Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov telefon danışığı zamanı Putin və Trampın şəxsi görüşü gündəmə gəlməsə də, “ideya havadadır” deyə bəyan etmişdi.

Tahir Turan 

Globalinfo.az

Paylaş: