Bu ölkələrin rəsmiləri də Azərbaycana gəldi – FOTO

Bu ölkələrin rəsmiləri də Azərbaycana gəldi - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.

Globalinfo.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

***

Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün bu gün Füzuli rayonuna gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

***

Nigeriyanın büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu da ECO-nun 17-ci Zirvə görüşündə iştirak etmək üçün  Füzuli rayonuna səfərə gəlib.

Füzuli Beynəlxalq Hava Limanında qonağı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Bu ölkələrin rəsmiləri də Azərbaycana gəldi - FOTO Bu ölkələrin rəsmiləri də Azərbaycana gəldi - FOTO Bu ölkələrin rəsmiləri də Azərbaycana gəldi - FOTO