Maneə qalmadı, bu ölkələr “İbrahim müqavilələri”nə qoşula bilər – Tramp

Maneə qalmadı, bu ölkələr "İbrahim müqavilələri"nə qoşula bilər - Tramp

Bir sıra ölkələr “İbrahim müqavilələri”nə qoşulmaq istəyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp “FOX News”a müsahibəsində deyib

O bildirib ki, artıq həmin ölkələrin bu sənədi imzalaması üçün maneə qalmayıb:

“Bu yolda əsas problem İran idi. Hesab edirəm ki, artıq sənədə qoşulmaq istəyənlərin müraciətinə müsbət cavab verəcəyik”.

Qeyd edək ki, sənəd ərəb dövləti ilə İsrail arasında normal münasibətlərin yaradılmasını nəzərdə tutur.

“İbrahim müqavilələri”ni 13 avqust 2020-ci ildə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ imzalayıb.

Müqaviləyə 2020-ci il, sentyabrın 15-də Ağ Evdə Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani və BƏƏ xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan və İsrailin baş naziri Benyamin Netanyahu arasında imza atılıb.