6e02337d 964e 3fbc 980f 2f7c9fc5b3ff 850

Türkiyənin İzmir vilayətinin üç rayonunda meşə yanğınları baş verib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, İzmir valisi Süleyman Elban Seferihisar rayonunda beş mikrorayonun sakinlərinin təxliyə edildiyini bildirib.

O deyib: “Meşə yanğınlarının söndürülməsi üçün 1100 yanğınsöndürən, 6 təyyarə, 23 avtosistern, buldozer, 100-dən çox təcili tibbi yardım briqadası və jandarmlar cəlb olunub. Sürəti saatda 70-117 km arasında dəyişən güclü külək səbəbindən təyyarələrin çoxu işləyə bilmir”.

 

Seferihisarla yanaşı, Menderes və Qaziemir rayonlarında da meşə yanğınları davam edir. TRT-nin məlumatına görə, bəzi ərazilərdə baş verən yanğın kəndlərdəki yaşayış binalarına yaxınlaşıb. Çox adam öz maşınlarını fəlakət bölgəsindən çıxarmağa çalışsa da, heç də hər kəs buna müvəffəq olmayıb, bəzi avtomobillər və kənd təsərrüfatı texnikası yanıb. Polis nümayişləri dağıtmaq üçün nəzərdə tutulmuş su şırnaqlarından istifadə edərək yanğını söndürməyə kömək edir.

Duman və yanğın səbəbindən İzmir Hava Limanına gedən bəzi təyyarələr eniş fürsəti üçün havada gözləmək məcburiyyətində qalıb. Bir sıra yerli reyslər təxirə salınıb.

***19:20

Türkiyənin İzmir vilayətinin Qaziemir rayonunda, Beyazevler məhəlləsi yaxınlığındakı tullantı sahəsində yanğın başlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, güclü küləyin təsiri ilə yanğın meşəlik əraziyə yayılıb.

Bununla yanaşı, Buca rayonunda yanğın Otokent Avtosalonlar Kompleksinə qədər çatıb.

Hazırda meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Polis qüvvələri TOMA vasitəsilə yanğının qarşısını almağa çalışır.

Yanğın baş verən bölgədə avtomobil yolları bağlanıb.

Paylaş: