0424347b 4ec6 3485 a638 dc9acee203b5 850

Avropa İttifaqı (Aİ) ölkələrinin, o cümlədən Polşanın vətəndaşları İsrail və İran arasında müharibənin başlamasından sonra regiondan təxliyədə göstərdiyi köməyə görə Azərbaycana minnətdardırlar.

Globalinfo.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Əminəm ki, vətəndaşlarımız və bütövlükdə Aİ ölkələri İsrail və İran arasında eskalasiya və hərbi əməliyyatların başlanmasından sonra bölgədən təxliyə üçün göstərilən köməyə görə minnətdardırlar”, – o deyib.

Paylaş: