İranın xarici işlər naziri Abbas Araqçi Moskvaya səfər edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “IRNA” agentliyi məlumat yayıb.
Məlumata görə, Araqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı regional və beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etmək üçün Rusiya lideri və yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparmağı planlaşdırır.
***14:27
İranın xarici işlər naziri Abbas Araqçı Moskvaya səfər edəcək.
Globainfo.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
“Bu gün Moskvaya gedirəm və sabah səhər prezident Putinlə görüşüm var”, – deyə Araqçı bildirib.
Əliyar Xəlil
Globalinfo.az