Avropa İttifaqı Şurası maliyyə nazirləri səviyyəsində keçirilən Lüksemburq iclasında Bolqarıstanın 2026-cı il yanvarın 1-dən avrozonaya daxil olmasına dair qərarı təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı rəsmi bəyanatda qeyd olunub.
Sənəddə bildirilir ki, Aİ Şurası Avropa Komissiyasının Bolqarıstanın avrozonaya qəbul olunması ilə bağlı tövsiyəsini dəstəkləyib və məsələni 26-27 iyun tarixlərində keçiriləcək Avropa İttifaqı sammitində müzakirəyə çıxarmaq üçün Avropa Şurasına məktub göndərib.
Qeyd olunur ki, Bolqarıstanın avroya keçidi ilə bağlı son qərar iyunun 26-da keçiriləcək Aİ sammitində kompromis əsasında qəbul ediləcək.
Aysel Əliyeva
Globalinfo.az














