Zooparkda dəhşət: ayı işçini öldürdü

Özbəkistanın şərqindəki Əndican vilayətində zooparkın işçisi ayının hücumuna məruz qalaraq ölüb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, zoopark işçisi ayını yemləmək üçün onun qəfəsinə girib. Bu zaman heyvan onun üstünə qaçaraq boynunu dişləyib. Kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.