WhatsApp Image 2025 06 17 at 10.54.12

İranın ən yüksək rütbəli zabiti Ali Şadmani İsrailin Tehrana hücumu nəticəsində öldürülüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, dəqiq kəşfiyyat məlumatlarının ardınca İsrail qırıcıları Tehranın mərkəzindəki qərargaha hücum edərək hərbi qərargah rəisi, ən yüksəkrütbəli hərbi komandir və İranın Ali Rəhbəri Əli Xameneinin ən yaxın adamı Əli Şadmanini öldürüb.

Şadmani 4 gün əvvəl İranın fövqəladə hərbi qərargahının rəhbəri təyin olunub, SEPAH-a və orduya nəzarət edib.

Onu bu vəzifəyə İranın Ali rəhbəri Əli Xamenei təyin edib.

İranın fövqəladə hərbi qərargah rəisi İsrailin zərbələri nəticəsində öldürülüb

Paylaş: