İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatının (SEPAH) rəisi də daxil olmaqla, dörd İran kəşfiyyatçısının öldürüldüyünü təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qırıcı təyyarələrin endirdiyi zərbə İranın paytaxtında bir neçə İran kəşfiyyat rəsmisinin toplandığı binaya düşüb. Nəticədə təşkilatın kəşfiyyat rəisi Brig, general Məhəmməd Kazemi, onun müavini Həsən Mühəqəq, İİKK Qüds Qüvvələrinin kəşfiyyat rəisi və onun müavini öldürülüb.