İsraildə İranın raket zərbələri nəticəsində azı 63 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
Yaralılardan birinin vəziyyəti kritik, digərinin vəziyyəti isə ağırdır.
***
İranın hücumları nəticəsində İsraildə 40-dan çox insan yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Onlardan ikisinin vəziyyəti ağırdır.
***
İranın hücumları nəticəsində 17 nəfər yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Onlardan birinin vəziyyəti orta ağırdır, digərləri isə yüngül xəsarət alıb.
***
İranın İsrailə cavab hücumunun üçüncü dalğası başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
***
İran tərəfindən İsrailə qarşı başladılan genişmiqyaslı raket hücumu çərçivəsində təxminən 150-200 raketin buraxıldığı bildirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “12-ci” televiziya kanalı məlumat yayıb.
Kanalın məlumatına əsasən, indiyədək təxminən 9 raketin hədəfə dəydiyi qeydə alınıb.
Bununla yanaşı, “Axios” nəşrinin müxbiri israilli rəsmilərə istinadən yazır ki, ABŞ Silahlı Qüvvələri də İrana qarşı cavab tədbirlərində İsrailə dəstək verir və hücumların qarşısının alınmasında birbaşa iştirak edir.
***
İran Silahlı Qüvvələri İsrailə məxsus iki F-16 döyüş təyyarəsini və bir neçə pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki,bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, vurulan təyyarələrdən birinin qadın pilotu sağ ələ keçirilib və İran hərbçiləri tərəfindən əsir götürülüb.
İran ordusu əməliyyatın detalları ilə bağlı əlavə məlumat verməyib.
***
Təl-Əvivdə hava həyəcanı siqnalı verilib.
Globalinfo.az xəbər verir ki, görüntülər “European Broadcasting Union” (EBU) saytında canlı olaraq yayımlanır.
Səmada bir neçə raketin partladığı görünüb.
Qısa zaman sonra siqnal səsi kəsilib.
***
İran Silahlı Qüvvələri İsrailin ölkə ərazisinə endirdiyi hücumlara cavab olaraq hərbi əməliyyata başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Al Alam” dövlət televiziyası məlumat yayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bildirdiyinə görə Əməliyyat “Həqiqi vəd 3” adlanır.
Məlumata görə, İran İsrailə yüzlərlə ballistik raket atıb. Onlardan bir neçəsinin İsrail ərazisinə düşdüyü bildirilir.
*** 22:31
İran hücumlara cavab olaraq İsrailə qarşı əməliyyata başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Al Alam” televiziya kanalı məlumat yayıb.
Aysel Əliyeva
Globalinfo.az