Araqçıdan təcili iclas tələbi: Ona məktub göndərdi

Araqçıdan təcili iclas tələbi: Ona məktub göndərdi

İranın xarici işlər naziri Abbas Araqçı Beynəlxalq Atom Enerjisi Agentliyini ( MAQATE ) təcili iclas keçirməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, o, bununla bağlı qurumun baş direktoru Rafael Qrossiyə məktub göndərib.

“Araqçı təşkilatı İsrailin İranın nüvə obyektlərinə hücumlarını qətiyyətlə pisləməyə səsləyib”, – deyə İran XİN-dən bildiriblər.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə və raket proqramlarına zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az