1592306838 ka3

Bərdə rayonunda paltar asarkən eyvandan yıxılan qadının son durumu açıqlanıb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 1975-ci il təvəllüdlü şəxs (qadın cinsli) günorta saatlarında tibb müəssisələrinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, ona sağ çənə şaxəsinin, sağ qasıq oturaq sümüklərinin, hər iki budun yerdəyişmiş sınıqları, kəllə-beyin travması, travmatik şok (III dərəcə) diaqnozları qoyulub.

“Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir”, – xəstəxanadan qeyd olunub.

***

Bərdədə 50 yaşlı qadın eyvandan paltar asmaq istəyərkən 3-cü mərtəbədən yıxılıb. 

Globalinfo.az xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı 588 saylı qəsəbədə qeydə alınıb.

1975-ci il təvəllüdlü Vəzifə Hümbətova yaşadığı evin eyvanında ipə paltar asarkən ehtiyatsızlıqdan binanın üçüncü mərtəbəsindən yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Paylaş: