Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Tehrana səfəri gözlənilir.
Gloablinfo.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
“Hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, yüksək səviyyəli rəsmilərin səfərləri həyata keçirilir. Yaxın gələcəkdə Vladimir Putinin Tehrana səfərini gözləyirik”, – diplomat bildirib.
Əliyar Xəlil
Globalinfo.az