683f3b40a138a683f3b40a138b1748974400683f3b40a1388683f3b40a1389

Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı – 2025” rəsmi mərasiminin bağlanış hissəsi baş tutub.

İştirakçı ölkələrin nümayəndələri və bədii kollektivlərinin iştirakı ilə keçirilən ziyafətdən sonra atəşfəşanlıq təşkil olunub. Bununla da rəsmi mərasimin bağlanışı baş tutub.

Tədbirdə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı ölkədən 100-ə yaxın rəsmi nümayəndə və qonaq iştirak edib.

683f3b4090e09683f3b4090e0a1748974400683f3b4090e07683f3b4090e08 683f3b4096208683f3b40962091748974400683f3b4096206683f3b4096207 683f3b409ac40683f3b409ac411748974400683f3b409ac3e683f3b409ac3f 683f3b409ef1e683f3b409ef1f1748974400683f3b409ef1c683f3b409ef1d 683f3b409cfb1683f3b409cfb21748974400683f3b409cfaf683f3b409cfb0 683f3b40a3b2e683f3b40a3b2f1748974400683f3b40a3b2c683f3b40a3b2d

***

501be6eb 07ea 3f89 925c 9a297f6adffe 850

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər, doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.

Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası” ilə başlanıb. Ansamblın ifasında “Qaytağı” və “Uzundərə” rəqsləri də təqdim olunub. Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.

Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında “Qırğız çıroqu” rəqsi təqdim olunub.

Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib. Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz” romansını səsləndirib. Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.

Qazaxıstanın “Kulansaz” foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər. Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa” Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar. Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər. “Qaya” Dövlət Ansamblının ifasında “Laçın” xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.Rusiyadan “Voronej qızları” xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib. Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi” kompozisiyasını təqdim edib.

Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və “Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb. Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.

Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

***

c4ff2965 f56f 336b a56f 3f620072bb5a 850

Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ili çərçivəsində Seyrəngah adlanan ərazidə “Birlik rəngləri” adlı beynəlxalq incəsənət sərgisi açılıb.

Bu barədə Globalinfo.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Bu sərgi MDB ölkələri coğrafiyasında zəngin mədəniyyət və incəsənət nümunələrini bir araya gətirərək, xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.

İştirakçı rəssamlar arasında Rusiyadan Yuliya Jukova, Belarusdan Kirill Orsik, Özbəkistandan Bobir Vaxobjanov, Qazaxıstandan Aıyp Alakunov,
Qırğızıstandan Oralbek Kaboke, Tacikistandan Abdurahim Caborov, Azərbaycandan Vüqar Əliyev, Azər Abdullayev, Eldar Babazadənin əsərləri Laçının ən hündür məkanlarından olan Seyrəngahda sərgilənib.

Sərgi iştirakçı ölkələrin mədəni irsinin gözəlliyini və müxtəlifliyini nümayiş etdirilib.

“Art in Action” adlanan layihə çərçivəsində, fərdi ifadələrin birləşərək necə güclü və ahəngdar bir bütöv yarada biləcəyini araşdırmaq məqsədilə “Birlik Rəngləri” adlı innovativ tədbir izləyicilərdə dərin təəssürat yaradıb.

Bu sərgidə iştirak edən hər bir rəssam, Laçın şəhəri haqqında özünəməxsus üslubunu və baxış bucağını ortaq bir kətana əks etdirib. Bu kollektiv proses, sənətçilərin bir-birindən ilham almasına, fərqli texnikaları birləşdirməsinə və vahid bir mövzu ətrafında birləşməsinə imkan yaradıb.

Nəticədə, doqquz fərqli rəssamın öz bacarıqlarını birləşdirərək vahid bir əsər yaratdığı möhtəşəm bir sənət nümunəsi ortaya çıxıb. Yaranan bu əsər, tədbirdən xatirə olaraq Laçın şəhərinə hədiyyə ediləcək.

Paylaş: