Ermənistanın Sünik (Zəngəzur-red.) vilayətinin Gorus bölgəsində bələdiyyəyə bitişik binada Fransa konsulluğu açılıb.
Globalinfo.az xəbər verir ki, fəxri konsul milliyyətcə erməni olan və Gorus Frankofoniya Mərkəzinin direktoru vəzifəsini icra edən Karmen Apunts təyin olunub.
Açılış mərasimində Fransanın Ermənistandakı səfiri, Ermənistan xarici işlər nazirinin müavini, Gorus meri, Sünik qubernatoru, Vyana meri, fransalı bir neçə senator və digərləri iştirak ediblər.
Fəxri konsulun ofisinin əsasən humanitar və mədəni funksiyalara malik olduğu və bəzi hallarda konsulluq xidmətləri göstərə biləcəyi qeyd edilib.
Əliyar Xəlil
Globalinfo.az