olen 1

Mayın 31-də saat 09:15-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 64-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, 90-SO-616 dövlət qeydiyyat nişanlı minik avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qəfil yolun sol hissəsindəki dəmir arakəsməyə çırpılıb. Hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

Hadisə nəticəsində 1992-ci təvəllüdlü Sənəm Axundova aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü Südabə Əmirullayeva xəsarət alaraq Kliniki Tibbi Mərkəzə daxil olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: