“Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Putinin 26-27 may tarixlərində səfərdən olan Fidanı Kremldə qəbul edəcəyini söyləyib.
Peskov Türkiyə tərəfinin İstanbulda danışıqlar üçün yaratdığı ideal şəraitə görə Moskvanın minnətdar olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az