“Rusiyaya təzyiqləri dərhal artırmaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib.
O bildirib ki, müharibəni dayandırmaq üçün bu addım atılmalıdır.
“Beynəlxalq təzyiq gücləndirilməlidir. Çünki onlar Kiyevi məhv etmək niyyətindədirlər. Bunu ötən gecə Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi irimiqyaslı zərbələr sübut edir”, – Kallas əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az