Milyarder İlon Mask amerikalı maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələrinə dair sənədlərin dərc olunmasından sonra ictimai açıqlama ilə çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Futurism” nəşrinin məlumatında qeyd olunub.
Sənədlər yayımlandıqdan sonra Mask “X” sosial media platformasında paylaşım edərək, materialların açıqlanmasını şəxsən dəstəklədiyini bildirib. O qeyd edib ki, Epşteynin onu dəfələrlə şəxsi adasına dəvət etməsinə baxmayaraq, bu təkliflərin hamısını rədd edib.
“Onun adasına dəfələrlə dəvət edildim, amma hər dəfə imtina etdim”, – deyə Mask yazıb.
O həmçinin vurğulayıb ki, gənc qadınlarla tanış olmaq üçün “Epşteyn kimi dəhşətli bir məğlubun” köməyinə ehtiyacı olmayıb.
Maskın sözlərinə görə, Epşteyn onu adaya getməyə razı salmaq üçün israrlarını davam etdirib və nəticədə milyarder onu bloklayıb.
Qeyd edək ki, Mask 2019-cu ildə də jurnalistlərə verdiyi açıqlamada Epşteyn tərəfindən dəfələrlə dəvət aldığını, lakin hər zaman imtina etdiyini bildirib.
Tahir Turan
Globalinfo.az