Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq – SİYAHI

Sabah Bakıda bu ərazilərdə qaz olmayacaq - SİYAHI

Bakının Nərimanov, Səbail, Nizami, Binəqədi və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində görüləcək təmir işlərilə əlaqədar 15.05.2025-ci il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Globalinfo.az-a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunan səbəbdən müvafiq olaraq Ə.Əliyev, M.Şərifli, E.Süleymanov, R.Rüstəmov, Naxçıvanski küçələrində, eləcə də M.Ə.Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Hövsan “MİDA yaşayış kompleksi”nin, həmçinin Motodrom ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.