Şəmkirdə tələbə meşədə özünü asdı

Şəmkirdə tələbə meşədə özünü asdı

Şəmkirdə intihar hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, rayonun Çinarlı qəsəbə sakini, 19 yaşlı (2006-cı il təvəllüdlü) Nəriman Məmmədov meşəlik ərazidə ağacdan özünü asıb.

Məlumata görə, intihar edən şəxs tələbə olub. O, Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kursunda təhsil alırmış.

N.Məmmədovun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma başlanılıb.