Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə üç ildən artıq davam edən müharibədə atəşkəsin istənilən an baş verə biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenski bu barədə Çexiyanın paytaxtı Praqada Çexiya Prezidenti Petr Pavel ilə keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Zelenskinin sözlərinə görə, Ukrayna Çexiyanın təşəbbüsü ilə yaradılan hərbi yardım proqramı çərçivəsində 2025-ci ildə 1,8 milyon mərmi alacağına ümid edir.
Qeyd edək ki, Çexiya hakimiyyəti Ukraynaya hərbi sursat tədarükü ilə bağlı təşəbbüs irəli sürüb və bu istiqamətdə bir sıra qərb ölkələri ilə əməkdaşlıqlar həyata keçirir.
Aysel Əliyeva
Globalinfo.az