Bakının Xətai rayonunda elektrik enerjisinin təchizatında yaranan fasilə hissə-hissə bərpa olunur.
Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Xətai rayonunda “Radiozavod” adlanan ərazidə yeraltı kabel xətlərində zədələnmə var: “Buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb. Problem hissə-hissə həll olunur”.
Qurumdan həmçinin qeyd edilib ki, hazırda elektrik enerjisinin təchizatında fasilə yaranan 6-7 bina qalıb ki, onlar da yaxın yarım saat ərzində işıqla təmin ediləcək.
***15:23
“Xətai rayonunda yeraltı kabel xətlərində zədələnmə var, buna görə də bir neçə küçədə işığın verilişində fasilə yaranıb”.
Globalinfo.az xəbər veriri ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” ASC-dən bildirilib.
Məlumatda qeyd olunub ki, problem hissə-hissə həll olunur.












