C0kAKB1elVdmXyYsPIkIp2wpTV78tbGdqMODyNU1 1200

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, şəhər ərazisində 3 nəfər bıçaqlanıb.

Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayonunun Yellicə kənd sakini, 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və Ələddin Əlizadə də bıçaq xəsarətləri alıblar.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.