ermeniler doyusde

Göyçə gölü istiqamətində Ermənistan silahlı qüvvələri irimiqyaslı atəş mövqeləri inşa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə GSSR44 Teleqram kanalı görüntü paylaşıb.

Bildirilib ki, atəş mövqeləri hücum xarakterli beton-bunker tipli mövqenin arxasında yerləşir.

“Maskalanma üçün meşəlik ərazidən və relyefdən istifadə olunur. Ərazidə maskalanmış çox saylı texnika müşahidə edilir. Həmçinin ərazidə iriçaplı artilleriya-raket qurğularının, HHM sistemlərinin və öldürücü silahların yerləşdirilməsi də istisna olunmur. İrimiqyaslı atəş mövqeyi şərti sərhədin bir neçə kilometrliyində yerləşir”, – məlumatda qeyd edilib.

IMG 20250424 220048 472 IMG 20250424 220048 658 IMG 20250424 220047 812 IMG 20250424 220048 674

Paylaş: