papa 1

Roma Papası  Fransisk Pasxa ilə bağlı bütün dünyanı sülhə və Qəzzada girovların, eləcə də hərbi əsirlərin, siyasi məhbusların azad edilməsinə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

“Papa möminləri Müqəddəs Pyotr Bazilikasının lojikasından salamlayıb. O, Qəzza zolağında “ölüm və dağıntılara səbəb olan, acınacaqlı humanitar vəziyyət yaratmaqda davam edən” münaqişəni xatırladıb. Qəzzada dərhal atəşkəsə, girovların azad edilməsinə və humanitar yardımların çatdırılmasına çağırıb”, – nəşr qeyd edib.

Eyni zamanda Roma Papası Fransisk Ermənistan və Azərbaycanı tezliklə sülh sazişi imzalamağa çağırıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: