Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun ən çox müzakirə etdiyi mövzu açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov danışıb.
“Sankt-Peterburqda keçirilən görüşdə əsasən, Ukrayna ətrafındakı vəziyyət gündəmdə olub”, – deyə o bildirib.
Qeyd edək ki, tərəflər aprelin 11-də görüşüblər.
Amerikalı siyasətçi ABŞ prezidentinin andiçmə mərasimindən sonra üçüncü dəfədir ki, Rusiyaya uçur. Bu dəfə danışıqlar qapalı keçib.
Əliyar Xəlil
Globalinfo.az