Tramp Ukraynanın 50 milyard dollarlıq silah alma təklifini rədd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah satmaqla pul qazanmaqdan çox, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda maraqlıdır.
Xatırladaq ki, aprelin 9-da Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirmişdi ki, ABŞ lideri ilə telefon danışığında 10 ədəd “Patriot” zenit-raket kompleksinin alınmasını müzakirə edib.
“Ona telefonda dedim: bizə heç olmasa 10 “Patriot” verin. Müxtəlif formatlar və üsullar var ki, biz buna hazırıq. Hətta bu paket üçün 30 milyard, 50 milyard dollar tapmağa da hazır idik”, – deyə, Zelenski bildirib.
Lakin o, Ukraynanın dərin büdcə çatışmazlığı şəraitində bu qədər vəsaiti haradan tapacağını açıqlamayıb.
Aysel Əliyeva
Globalinfo.az














