Rusiya ordusunun tərkibində çinlilər döyüşür?

Rusiya ordusunun tərkibində çinlilər döyüşür?

Rusiya ilə müqavilə imzalayan çinli əsgərlərin adları məlum olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nexta” mənbəni açıqlamadan məlumat yayıb.

Nəşrin əlindəki siyahıda 51 Çin vətəndaşının adı və soyadı yer alıb. Onların 2023-cü il iyul ayında bir il müddətinə orduya seçildikləri müəyyənləşdirilib.

Ən gənc əsgərin 20, ən yaşlının isə 51 yaşı var. Məlumata görə, azı bir nəfər çinli Ukraynada döyüşdə həlak olub, daha bir neçə nəfər yaralanıb və bir neçə nəfər də evinə qayıdıb.

Xatırladaq ki, iki çinli hərbçinin əsir düşməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunda 155 Çin vətəndaşının vuruşduğunu bildirib. Pekin isə xəbəri təkzib edib və “məsuliyyətini daşıya bilməyəcəkləri” xəbərləri yaymaqdan çəkinməyə çağırıb.

Aysel Əliyeva
Globalinfo.az