Ceyhun Bayramov Nəhyanla müzakirə apardı

Ceyhun Bayramov Nəhyanla müzakirə apardı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyanla ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.

***08:45

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə iki dövlət arasında əməkdaşlıq və onun bütün sahələrdə inkişaf etdirilməsi yolları müzakirə olunub.

Diplomatlar ortaq maraq doğuran regional və beynəlxalq məsələlərə də toxunublar