qadin b

Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, molla arvadını qısqanclıq zəminində öldürüb. O, arvadının başqa kişi ilə əlaqələrini tutub.

Belə ki, Xaspoladoba kənd sakini, 1977-ci il təvəllüdlü Asəf Vaqif oğlu Məmmədov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Yaqut Bayram qızını əli ilə boğaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, A.Məmmədov tutulub.

***08:46

Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq öldürüb.

Daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: