Turkan Soray 1

Türkiyənin məşhur sənətçisi Türkan Şoray Əkrəm İmamoğlunun həbsinə qarşı keçirilən etiraz aksiyalarında həbs olunmuş gənclərə sahib çıxıb.

Globalinfo.az xəbər verir ki, 80 yaşlı T.Şoray gənclərin aksiyalara qatılmaqla öz demokratik hüquqlarından istifadə etdiklərini söyləyib.

O, boykot aksiyasına dəstək verən gənc aktyor və aktrisaları da dəstəkləyib:

“Sənətçi sual verər, sorğulayar. Hər şeyi tənqid etmək və daha yaxşısını istəmək onların təbiətində var – ölkələrini aydınlıq bir gələcəyə daşımaq üçün məsuliyyət götürərlər, topluma ayna tutarlar.

Əslində hamımız eyni şeyi istəyirik: daha gözəl, daha yaşanılası bir vətən. Bunun üçün düşüncə və ifadə azadlığı olmazsa olmazımızdır. Demokratik bir ölkə bizim vazkeçilməzimizdir”.

Qeyd edək ki, Gülben Ergen, Engin Öztürk, Hazal Kaya, Demet Akbağ, Seda Bakan, Gamze Erçel, Aslı İnandık, Metin Akdülger, Çağla Şikel, Mehmet Günsur, Bige Önal, Meriç Aral, Burcu Esmersoy, Selen Öztürk, Mustafa Sandal, Ceylan Ertem, Zeynep Bastık, Bengü, Gökhan Özoğuz, Mabel Matiz, Can Bonomo, Beren Saat və Kıvanç Tatlıtuğ kimi məşhurlar da Əkrəm İmamoğlunun həbsinə etiraz edib və aksiya keçirənlərə dəstəklərini ifadə ediblər.

Paylaş: