Trampın yeni tarifləri dünya iqtisadiyyatını zəiflədəcək – “Bloomberg”

Trampın yeni tarifləri dünya iqtisadiyyatını zəiflədəcək - "Bloomberg"

Bu gün ABŞ Prezidenti Donald Tramp son 100 ildə tətbiq edilən ən sərt gömrük rüsumları haqqında rəsmi olaraq açıqlama verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, yeni tariflər dünya iqtisadiyyatına ciddi şəkildə təsir edəcək.

Tarif məhdudiyyətləri qlobal ticarətə 33 trilyon dollar məbləğində təsir edəcək və bir çox ölkə arasında ticarət münasibətlərini çətinləşdirəcək. Bu addım, həmçinin dünya bazarlarında qiymət artımlarına və tədarük zəncirlərində çətinliklərə səbəb ola bilər.

Aysel Əliyeva
Globalinfo.az