67ed4583ea97367ed4583ea974174360307567ed4583ea97167ed4583ea972

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.

Globalinfo.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.

Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

Gəzinti zamanı Almaniya Prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra ali qonağa Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.

Almaniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.

İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.

IMG 20250402 182117 689 IMG 20250402 182117 067 IMG 20250402 182117 749 IMG 20250402 182117 817 IMG 20250402 182117 174 IMG 20250402 182117 488 IMG 20250402 182117 107 IMG 20250402 182117 096 IMG 20250402 182117 737

***

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

67ed43ab1cec267ed43ab1cec3174360260367ed43ab1cec067ed43ab1cec1 67ed44f5bf15a67ed44f5bf15b174360293367ed44f5bf15867ed44f5bf159 67ed44f5cbeb367ed44f5cbeb4174360293367ed44f5cbeb167ed44f5cbeb2

Paylaş: