cf67136505d9a64186d4372906073144

Putin NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, Almaniya kəşfiyyatının hesabatında yer alıb.

Məlumata görə, Kreml Qərblə münasibətləri münaqişə kimi qəbul edir və məqsədlərinə çatmaq üçün güc istifadə etməyə hazırdır.

“Əgər Ukraynadakı müharibə başa çatarsa, Rusiya hissələri sürətlə Baltikyanı ölkələrin sərhədlərinə göndərilə bilər.

Rusiya itkilərini doldurur, ölkənin müdafiə sənayesi isə lazım olandan daha çox istehsal edir. Hərbi xərclər isə rekord dərəcədə artır: 2025-ci ildə təxminən 120 milyard avro təşkil edəcək ki, bu da ÜDM-nin 6 faizdən çoxunu təşkil edir. Kremlin planlarında ordu sayını 1,5 milyon nəfərə çatdırmaq və NATO ilə sərhəddə olan silah və texnika həcmini 30-50 faiz artırmaq var”, – hesabatda qeyd edilir.

Almaniya kəşfiyyatına əsasən, onilliyin sonuna qədər Rusiya genişmiqyaslı müharibəyə tam hazır ola bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: