“Rusiya artıq Krımdan qaçmağa hazırdır, ona görə də bu yolu sona qədər getməliyik”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O, Krımın Ukraynanın tam atəş nəzarətinə girməsindən sonra işğalçıların yarımadadan qaçacağını bildirib. Podolyak Krımın azad edilməsinin zaman məsələsi olduğunu qeyd edib:
“Hazırda sığınacaqlarda oturan uşaqlarımızın 3-5 il sonra yeni bədəl ödəmələrinə ehtiyac yoxdur. Ya biz sona qədər gedirik və övladlarımız möhtəşəm ölkədə yaşayır, ya da biz yaşayış üçün başqa yer axtarmalıyıq, çünki sona qədər getməsək, Ukrayna olmayacaq”.
Gülnar Səlimova
Globalinfo.az