Bu şəxslərin yanında iftar açmaq olmaz – İlahiyyatçı

Bu şəxslərin yanında iftar açmaq olmaz - İlahiyyatçı

Hər Ramazan ayında ənənəvi mövzular gündəmə gəlir. Xüsusilə iftar süfrələri, onun təşkili, iştirak edənlərlə bağlı fərqli yanaşmalar müşahidə olunur. Bəziləri iddia edir ki, oruc tutmayan şəxslər iftara dəvət edilməməlidir. Digərləri isə bu məsələdə ayrı-seçkiliyə yol verilməməli olduğunu düşünür.

İslam dinində bununla bağlı qadağalar varmı?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, iftar süfrəsinə gələn şəxsin kimliyinə diqqət etmək önəmlidir:

Bu şəxslərin yanında iftar açmaq olmaz - İlahiyyatçı

Ağa Hacıbəyli

“Adam hansısa səbəbə görə oruc tutmaya bilər. Ona görə də onun iftarda iştirakının problemi yoxdur. Ola bilsin, elə şəxslər dəvət edirlər ki, onlara din, dəyər təbliğ ediləcək və növbəti günlərdə digər ibadətləri yerinə yetirməyə çalışacaqlar. Bu qismdən olan istənilən şəxsi dəvət etmək olar. Lakin iftar süfrəsinə ehtiram etməyən, dəyər verməyən, qeyri-etik fikir söyləyən və mənfi münasibət göstərən şəxslər çağırılmasalar, daha yaxşıdır. Bundan başqa, istənilən adamı Allahın izni ilə iftar süfrəsinə qonaq etmək mümkündür. Önəmli olan Allahın rizası, o gözəl mənadan onların da yararlanmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az